Əməkdaş ol!

Azərbaycanda 3-6 yaşlı uşaqların yalnız 36 faizi məktəbəqədər təhsilə cəlb olunur. Bu qeyri-bərabərlik xüsusilə kənd yerlərində və ucqar ərazilərdə yaşayan uşaqlar, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar arasında özünü büruzə verir. "Məktəbim" sosial biznesi Azərbaycanda daha çox və daha münasib qiymətə məktəbəqədər təhsil xidmətləri təklif etmələri üçün müxtəlif icmalardakı qadınların öz təhsil bizneslərini qurmasına dəstək olur. Bununla, biz həm məktəbəqədər təhsili daha çox uşağa əlçatan edir, həm də qadınların iqtisadi vəziyyətinin yaxşılaşmasında rol oynayırıq. Əgər siz də Azərbaycanın fərqli icmalarındakı qadın və uşaqlara dəstək olmaq istəyirsinizsə, tərəfdaşımıza çevrilməklə "Məktəbim" sosial biznesinə dəstək olun!

Sizin dəstəyinizlə bir neçə məqsədə çata bilərik:

  1. Məktəbim qrupu sahibkarlarına əlavə biznes və pedaqoji təlimlər verməklə onların peşəkarlığını artırmaq və bizneslərinin davamlı olmasını dəstəkləmək.
  2. Azərbaycanın ucqar rayonlarında daha çox qadın sahibkara dəstək olmaqla daha çox uşağa məktəbəqədər təhsil imkanı yaratmaq.