MƏKTƏBİM

2-6 yaşlı uşaqlar üçün Qadınlar tərəfindən idarə olunan, Uşaq yönümlü, İnklüziv, İcma əsaslı məktəbəqədər təhsil proqramı sosial biznes modelidir.

Uşağınız nələr əldə edəcək?

Məktəbimin 7 üstünlüyü

1. Real dünyaya hazırlaşmaq sadəcə oxumaq, yazmaq və ya danışmaqdan ibarət deyil.

Ünsiyyət qura bilmək, oxumaq və saymaq bacarığı uşaqların illər ərzində inkişaf etdirmələri üçün vacib bacarıqlardır, lakin onların sosiallaşmaq və emosional cəhətdən dayanıqlı olmaq bacarığı daha əhəmiyyətlidir.

Biz uşağa-yönəlik, individual tədris metodologiyalarını təqdim edirik və məktəbəqədər qruplarda icmanın və ailənin iştirakını dəstəkləyirik. İstifadə etdiyimiz metodologiya uşaqları seçim etməyə, fikirlərini ifadə etməyə, bir-birinə kömək etməyə, lazımi bacarıqları inkişaf etdirməyə və müstəqil düşünməyə təşviq edir.

MƏKTƏBİM qrupları uşaq və oyun yönümlüdür, inklüzivdir. Ekspertlərimiz tərəfindən uşaqların dərs zamanı təhlükəsizliyini, effektiv öyrənməsini, inkişafını və oyun bacarıqlarını təmin edir.

MƏKTƏBİM əlilliklə bağlı təsəvvürləri də dəyişir; uşaqlar kiçik yaşlarından inklüzivliyi başa düşür və bir-birlərinə qayğı və hörmətlə yanaşmağı öyrənirlər.

2. Məktəbim müəllimləri peşəkar təlimlərdən keçmişlər

UAFA 2002-ci ildə Məktəbəqədər Tədrisdə alternativ metodologiya kimi Təhsil Nazirliyi tərəfindən qəbul edilmiş "Addım-addım" metodologiyasını əsas götürür. Biz erkən uşaq inkişafı ekspertləri üçün nəzərdə tutulan Beynəlxalq Addım-Addım Assosiasiyasının üzvüyük. Bu təşkilata üzvlük yeni fəaliyyətlər və təlimlərlə bağlı ən son məlumatlara çıxışımızı təmin edir. UAFA Addım-Addım yanaşmasından istifadə edərək seçilmiş qadınlara uşağa-yönəlik metodologiyalar və inklüziv məktəbəqədər təhsil üzrə təlimlər keçirir. Müəllim hazırlığı proqramımız müəllimin müxtəlif ehtiyaclı 15-ə qədər uşaqdan ibarət sinfi idarə etməsi üçün hərtərəfli zəmin yaradır. UAFA uzun illər ərzində beynəlxalq ixtisaslı mütəxəssislərin dəstəyi ilə təlim proqramı hazırlayıb.

Təlim proqramına aşağıdakılar daxildir:

UAFA həmçinin, bütün Məktəbim müəllimlərinə peşəkar inkişaf üçün mentorluq dəstəyi göstərir. UAFA mentorları uşaq inkişafı sahəsində geniş təcrübə və biliyə malikdirlər və onlar Məktəbim müəllimlərinə iş şəraitində mütəmadi olaraq dəstək göstərir və məsləhətlər verirlər. Məktəbim müəllimləri, xüsusən də müəllimliyə yeni başlayanlar, mentorların emosional və psixoloji dəstəyindən bir sıra faydalar əldə edirlər ki, bu da onların özünə inamını artırır və tədris metodlarını təkmilləşdirir.

3. Məktəbim qrupları inklüzivdir

İnklüziya hər kəs üçün faydalıdır. İnklüziv məktəbəqədər təhsil müəssisəsi eyni məkanda əlilliyi olan və olmayan bütün uşaqlara xidmət göstərir. Bəzilərimiz üçün təhsil imkanları belə deyil; əlilliyi olan uşaqlar təəssüf ki, tez-tez təcrid olunur. İnklüziv məktəbəqədər təhsilin məqsədi hər bir uşağın həm məktəbdə, həm də sonrakı həyatda uğur qazanmağa hazır olmasını təmin etməkdir. Məkəbim xüsusi təhsil və xidmətləri öz proqramının bütün aspektlərinə inteqrasiya edir. Bu, həm xüsusi ehtiyaclı, həm də tipik uşaqların ehtiyaclarını qarşılamağa imkan verir.

Məkəbim fərqli bacarıqlara və öyrənmə tərzinə malik olan uşaqları qruplara cəlb edir. Biz həssas, əlilliyi və inkişaf geriliyi olan uşaqlarla iş təcrübəmizə əsaslanaraq qruplarımızda müxtəlifliyi qiymətləndiririk. Bununla belə, biz əlilliyi və inkişaf geriliyi olan uşaqlarla işləmək üçün sınaqdan keçirilmiş metod və yanaşmaları tətbiq edir, onları cəmiyyətə inteqrasiya edirik, peşəkar və inklüziv mühit təklif edirik.

Tipik uşaqların xüsusi ehtiyacları olan həmyaşıdları ilə birlikdə Məkəbim inklüziv qrupunda iştirak etməklə əldə etdiyi nəticələri vurğulamaq vacibdir. Təcrübəmiz göstərir ki, tipik inkişaf edən uşaqlar inklüziv məktəbəqədər təhsil müəssisəsində oxşar inkişaf nailiyyətləri əldə edirlər. Bu, diqqətin inkişafına, özünü idarə etməyə, başqalarının fərqli təcrübə və perspektivlərə malik olduğunu başa düşməyə kömək edir. Həmçinin, tipik uşaqlara bir çox yeni bacarıqlar, o cümlədən ünsiyyət, bərabərlik və özlərindən fərqli insanlarla necə dostluq etməyi öyrənmək kimi dəyərləri mənimsəmək üçün çoxsaylı imkanlar təqdim edir.

Məktəbimdə:

4. Məktəbim dövlət məktəbəqədər təhsil standartlarını tətbiq edir

Məktəbim proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin bütün tələb və normalarına əməl edir və məktəbəqədər təhsilin dövlət standartlarını tətbiq edir. Dövlət standartları ölkə miqyasında məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edən, elmi-pedaqoji prinsiplər əsasında, uşaqların, ailələrin və cəmiyyətin tələbatlarına uyğun hazırlanmış ümumi normalar məcmusudur.

Məktəbəqədər təhsilin yeni məzmunu ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrində köhnə təlim modelindən imtina etmək lazımdır. Dövlət standartları təhsil işçilərindən pedaqoji prosesdə tədrisin yeni formalarını tətbiq etməyi tələb edir. Standartlar uşaqların öyrənmə yükünü azaltmaq məqsədi daşıyır. Uşaq inkişafının dörd sahəsini nəzərə alaraq fərdi yanaşma tətbiq olunur: fiziki, koqnitiv, estetik və yaradıcı, sosial-emosional, sağlamlıq və təhlükəsizlik. Tətbiq edilən standartlar uşaqlarda öyrənməyə, yaradıcılığa və anlamaya maraq yaradır.

UAFA bu standartlar əsasında Məktəbim proqramını formalaşdırıb. Metodologiyamız uşaqların yaşını və inkişaf səviyyəsini nəzərə alaraq ehtiyaclarını ödəmək üçün uşağa-yönəlik yanaşmadan istifadə edir. O, daha çox qrupdakı hər bir uşağa, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara fərdi yanaşma ilə sosial bacarıqların və gündəlik həyat bacarıqlarının inkişafına diqqət yetirir və valideyn qrupları ilə intensiv iş (müntəzəm təlimlər, aylıq görüşlər) aparır.

5. Məktəbim mühiti inkişaf etdirir və həvəsləndirir

Hər bir Məktəbim sinif otağında uşaqların uyğunlaşa biləcəyi, rahat hiss edə biləcəyi və öyrənə biləcəyi təhlükəsiz mühit təşkil edirik. Məktəbəqədər təhsildə istifadə olunan əşyalar uşaqları öyrətmək və əyləndirməkdən daha çox şey edə bilər. Buna görə də, Məktəbim sinif otaqlarında inkişafetdirici və həvəsləndirici mühit yaratmaq üçün müxtəlif fəaliyyət mərkəzləri (guşələr) var. Fəaliyyət mərkəzlərimiz ayrıca təşkil olunub və xüsusi materiallarla təchiz olunub. Onlar uşağın müstəqilliyini təmin edir və onun təhsil uğurunu təmin etmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər yaş qrupunda bir neçə fəaliyyət mərkəzləri yaradılır, onların hər biri öyrənmə və oyun üçün müxtəlif materiallarla təmin olunub:

Fəaliyyət mərkəzlərinin rolu təkcə müstəqilliyi təşviq etmək və sərbəst qərarlar verməklə məhdudlaşmır, onlar həmçinin kömək edir ki, uşağınız:

6. Məktəbim əlverişli paketlər təklif edir

Xidmətlərimiz ərazidə olan ən uyğun və sərfəli qiymətdir. Qiyməti müəyyənləşdirməzdən əvvəl araşdırma apararaq ən uyğun qiymət seçmişik. Maraqlanan valideynlərə Məktəbim dərslərinə sərf olunan ümumi saatlar nəzərə alınmaqla müxtəlif paketlər təklif olunur. Hər bir paket eyni keyfiyyətdə xidmətlər və resurslar təqdim edir.

7. Məktəbim valideynlərə bir çox fayda gətirir

Məktəbim uşaqlara məktəbəqədər təhsil verməklə yanaşı, valideynlərə də bir çox cəhətdən dəstək olur. Məktəbim müəllimləri təkcə uşaqlarla deyil, onların valideynləri ilə də işləyir, valideyn icmalarını formalaşdırır və onları maarifləndirir, onları düzgün tərbiyə üsulları ilə bağlı məlumatlandırır və məktəbəqədər təhsil müəssisəsinin uğuruna cəlb edir. Valideynlər bu qruplara qoşula bilərlər və onlar valideynlik, uşaq inkişafı və inklüzivlik haqqında maarifləndirici seminarlarda iştirak etməyə təşviq olunurlar. Bu, xüsusilə ailələrin yaxınlıqda yaşadığı və məktəbəqədər təhsil müəssisəsinə daha çox vaxt və maraq ayıra bildiyi kənd icmalarına aiddir. Bu, güclü icma əlaqələri ilə nəticələnir və valideynlərin uşaqlarının inkişafı üzərində bir-biri ilə əlaqə qurması üçün bir platforma yaradır.

Valideynlər uşaqlarına oxumağı, yazmağı və sadə riyaziyyatı öyrətməyi sevsələr də, bunu necə edəcəyini öyrənmədiyi zaman bu anlayışları kiçik yaşlı uşaqlara öyrətmək çətin olduğunu düşünür. Övladınızı Məktəbim qrupuna yazdırmaqla, siz vaxtınızı birlikdə oyun oynamaq və ya yeyəcəklər bişirmək kimi əyləncəli şeylərə sərf edə bilərsiz. Həmçinin, analara və nənələrə evdəki digər uşaqlara qulluq etmək və ya iş tapmaq üçün vaxt qazandırır. Siz həmçinin:

Proqram

...

2-6 yaş arası bütün uşaqlar, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün oyun əsaslı keyfiyyətli tədris

  • Riyazi və məntiqi təfəkkürün inkişafı
  • İntellektual inkişaf
  • Nitq inkişafı
  • Hərflər ilə tanışlıq
  • Davranış və ünsiyyət bacarıqları
  • Özünəxidmət bacarıqları
  • Rəsm, musiqi və bacarıqlı əllər
  • İdman və əyləncəli oyunlar
  • Böyük və kiçik motor bacarıqları
  • Nağıllar aləmi və uşaq teatrı
  • Valideyn və uşaq münasibətlərinin inkişafı üçün seminarlar

Müəllimlərimiz

...
  • Məktəbəqədər təhsil və uşaq inkişafı üzrə təlim keçmiş mütəxəssislərdir
  • Xarici mütəxəssislər tərəfindən mütəmadi dəstək alır

Qruplara yazılmaq üçün tələsin

Dərslər Azərbaycan və Rus dilində keçirilir

Yaşa uyğun təlim nəticələri

Məktəbim məktəbəqədər təhsil qrupları xidmətlərin azlığı, aztəminatlılıq və ya əlillik səbəbindən təhsildən kənarda qalan 2-6 yaşlı bütün uşaqlar üçündür. Uşaq inkişafının nəticələrini optimallaşdıran oyun-əsaslı metodologiyadan istifadə edərək, UAFA hər bir icmadakı qadına gündə 2-3 saat, həftədə 5 günə qədər məktəbəqədər təhsil müəssəsini idarə etmək üçün təlimlər verir.

Məktəbəqədər təhsil modelimiz uşaqların öyrənməsinə və inkişafına xidmət edir. Biz yemək və ya yatmaq vaxtı təmin edən tam günlük uşaq bağçası ilə rəqabət aparmırıq. Buna görə də, Məktəbimin xərcləri daha aşağıdır, lakin uşaqların ibtidai təhsilə başlamazdan əvvəl lazım olan bütün məktəbəqədər bacarıqları inkişaf etdirmələrini təmin edir.

Yaş qrupları Fənnlər Birinci ilin sonuna olan nəticələr
2-3 yaş
  1. Ətraf aləmlə tanışlıq və nitq inkişafı
  2. Hərəkətlərin inkişafı
  3. Sensor tərbiyə(didaktik materiallarla, oyuncaqlarla, tikinti materialları ilə iş)
  4. Təsviri fəaliyyət
  5. Musiqi
  • Sadə fiziki hərəkətlərin yerinə yetirilməsi
  • Əsas gigiyena qaydalarına riayət etmək
  • Müşahidə etdiyi əşyaları adlandırmaq; başqaları, ətraf mühit haqqında fikir bildirmək
  • Sadə cümlələr qurmaq
  • Sadə riyaziyyat anlayışlarını, istiqaməti, yeri, ölçünü başa düşmək
  • Sadə xətlərin çəkilməsi, rənglərin adlandırılması
3-4 yaş
  1. Ətraf aləmlə tanışlıq və nitq inkişafı
  2. Məntiqi və riyazi təfəkkürün inkişafı
  3. Fiziki mədəniyyət
  4. Bədii təfəkkürün inkişafı
  5. Təsviri fəaliyyət (rəsm,kəsib-yapışdırma, quraşdırma)
  6. Musiqi
  • Sadə fiziki hərəkətlərin yerinə yetirilməsi
  • Sadə gigiyena qaydalarına riayət etmək
  • Tanış olmayan obyektlər haqqında sorğu-sual
  • Cümlələr qurmaq
  • Cisimləri rənginə, formasına və ölçüsünə görə fərqləndirmək
4-5 yaş
  1. Ətraf aləmlə tanışlıq və nitq inkişafı
  2. Məntiqi və riyazi təfəkkürün inkişafı
  3. Fiziki mədəniyyət
  4. Bədii təfəkkürün inkişafı
  5. Təsviri fəaliyyət (rəsm,kəsib-yapışdırma, quraşdırma)
  6. Musiqi
  • Fiziki hərəkətlərin yerinə yetirilməsi
  • Gigiyena qaydalarına riayət etmək
  • Ətrafında baş verən hadisələri adlandırmaq və müşahidə etdiklərini danışmaq
  • Daha uzun cümlələr qurmaq; şəkil haqqında hekayələr qurmaq
  • Obyektləri rənginə, formasına və ölçüsünə görə müqayisə etmək
5-6 yaş
  1. Ətraf aləmlə tanışlıq və nitq inkişafı
  2. Məntiqi və riyazi təfəkkürün inkişafı
  3. Fiziki mədəniyyət
  4. Bədii təfəkkürün inkişafı
  5. Təsviri fəaliyyət (rəsm,kəsib-yapışdırma), (yapma, quraşdırma) həftəaşırı
  6. Musiqi
  7. Savad təliminə hazırlıq və nitq inkişafı
  • Müxtəlif fiziki hərəkətlərin yerinə yetirilməsi
  • Gigiyena qaydalarına riayət etmək
  • Ətrafında baş verən hadisələri adlandırmaq və müşahidə etdiklərini danışmaq
  • Daha mürəkkəb cümlələrdən istifadə edərək aydın danışmaq; şəkil haqqında hekayələr qurmaq
  • Obyektləri rənginə, formasına və ölçüsünə görə qruplaşdırmaq
  • Zaman anlayışını və gündəlik fəaliyyətlərin qaydasını daha yaxşı başa düşmək

Məktəbim qrupuna ilk səfər

Məktəbim komandası olaraq başa düşürük ki, valideynlər övladlarının təhlükəsiz və sağlam mühitdə olduğuna əmin olmalıdırlar. Buna görə də, Məktəbim müəllimi ilə ilk görüş uşağınızın ehtiyaclarını tapmaq və buna uyğun olaraq öyrənmə məqsədlərini təyin etmək üçün çox vacibdir. İlk görüş prosedurumuz aşağıdakı addımlardan ibarətdir: