Məktəbimin 7 üstünlüyü

1. Real dünyaya hazırlaşmaq sadəcə oxumaq, yazmaq və ya danışmaqdan ibarət deyil.

Ünsiyyət qura bilmək, oxumaq və saymaq bacarığı uşaqların illər ərzində inkişaf etdirmələri üçün vacib bacarıqlardır, lakin onların sosiallaşmaq və emosional cəhətdən dayanıqlı olmaq bacarığı daha əhəmiyyətlidir.

Biz uşağa-yönəlik, individual tədris metodologiyalarını təqdim edirik və məktəbəqədər qruplarda icmanın və ailənin iştirakını dəstəkləyirik. İstifadə etdiyimiz metodologiya uşaqları seçim etməyə, fikirlərini ifadə etməyə, bir-birinə kömək etməyə, lazım bacarıqları inkişaf etdirməyə və müstəqil düşünməyə təşviq edir.

2. Məktəbim müəllimləri peşəkar təlimlərdən keçmişlər

UAFA 2002-ci ildə Məktəbəqədər Tədrisdə alternativ metodologiya kimi Təhsil Nazirliyi tərəfindən qəbul edilmiş “Addım-addım” metodologiyasını əsas götürür. Biz erkən uşaq inkişafı ekspertləri üçün nəzərdə tutulan Beynəlxalq Addım-Addım Assosiasiyasının üzvüyük. Bu təşkilata üzvlük yeni fəaliyyətlər və təlimlərlə bağlı ən son məlumatlara çıxışımızı təmin edir. UAFA Addım-Addım yanaşmasından istifadə edərək seçilmiş qadınlara uşağa-yönəlik metodologiyalar və inklüziv məktəbəqədər təhsil üzrə təlimlər keçirir. Müəllim hazırlığı proqramımız müəllimin müxtəlif ehtiyaclı 15-ə qədər uşaqdan ibarət sinfi idarə etməsi üçün hərtərəfli zəmin yaradır. UAFA uzun illər ərzində beynəlxalq ixtisaslı mütəxəssislərin dəstəyi ilə təlim proqramı hazırlayıb.

Təlim proqramına aşağıdakılar daxildir:

3. Məktəbim qrupları inklüzivdir

UAFA həmçinin, bütün Məktəbim müəllimlərinə peşəkar inkişaf üçün mentorluq dəstəyi göstərir. UAFA mentorları uşaq inkişafı sahəsində geniş təcrübə və biliyə malikdirlər və onlar Məktəbim müəllimlərinə iş şəraitində mütəmadi olaraq dəstək göstərir və məsləhətlər verirlər. Məktəbim müəllimləri, xüsusən də müəllimliyə yeni başlayanlar, mentorların emosional və psixoloji dəstəyindən bir sıra faydalar əldə edirlər ki, bu da onların özünə inamını artırır və tədris metodlarını təkmilləşdirir.

İnklüziya hər kəs üçün faydalıdır. İnklüziv məktəbəqədər təhsil müəssisəsi eyni məkanda əlilliyi olan və olmayan bütün uşaqlara xidmət göstərir. Bəzilərimiz üçün təhsil imkanları belə deyil; əlilliyi olan uşaqlar təəssüf ki, tez-tez təcrid olunur. İnklüziv məktəbəqədər təhsilin məqsədi hər bir uşağın həm məktəbdə, həm də sonrakı həyatda uğur qazanmağa hazır olmasını təmin etməkdir. Məkəbim xüsusi təhsil və xidmətləri öz proqramının bütün aspektlərinə inteqrasiya edir. Bu, həm xüsusi ehtiyaclı, həm də tipik uşaqların ehtiyaclarını qarşılamağa imkan verir.

Məktəbim fərqli bacarıqlara və öyrənmə tərzinə malik olan uşaqları qruplara cəlb edir. Biz həssas, əlilliyi və inkişaf geriliyi olan uşaqlarla iş təcrübəmizə əsaslanaraq qruplarımızda müxtəlifliyi qiymətləndiririk. Bununla belə, biz əlilliyi və inkişaf geriliyi olan uşaqlarla işləmək üçün sınaqdan keçirilmiş metod və yanaşmaları tətbiq edir, onları cəmiyyətə inteqrasiya edirik, peşəkar və inklüziv mühit təklif edirik.

Tipik uşaqların xüsusi ehtiyacları olan həmyaşıdları ilə birlikdə Məktəbim inklüziv qrupunda iştirak etməklə əldə etdiyi nəticələri vurğulamaq vacibdir. Təcrübəmiz göstərir ki, tipik inkişaf edən uşaqlar inklüziv məktəbəqədər təhsil müəssisəsində oxşar inkişaf nailiyyətləri əldə edirlər. Bu, diqqətin inkişafına, özünü idarə etməyə, başqalarının fərqli təcrübə və perspektivlərə malik olduğunu başa düşməyə kömək edir.

Məktəbimdə:

4. Məktəbim dövlət məktəbəqədər təhsil standartlarını tətbiq edir

Məktəbim proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin bütün tələb və normalarına əməl edir və məktəbəqədər təhsilin dövlət standartlarını tətbiq edir.

Dövlət standartları ölkə miqyasında məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edən, elmi-pedaqoji prinsiplər əsasında, uşaqların, ailələrin və cəmiyyətin tələbatlarına uyğun hazırlanmış ümumi normalar məcmusudur.

Məktəbəqədər təhsilin yeni məzmunu ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrində köhnə təlim modelindən imtina etmək lazımdır. Dövlət standartları təhsil işçilərindən pedaqoji prosesdə tədrisin yeni formalarını tətbiq etməyi tələb edir. Standartlar uşaqların öyrənmə yükünü azaltmaq məqsədi daşıyır.

Uşaq inkişafının dörd sahəsini nəzərə alaraq fərdi yanaşma tətbiq olunur: fiziki, koqnitiv, estetik və yaradıcı, sosial-emosional, sağlamlıq və təhlükəsizlik. Tətbiq edilən standartlar uşaqlarda öyrənməyə, yaradıcılığa və anlamaya maraq yaradır.

UAFA bu standartlar əsasında Məktəbim proqramını formalaşdırıb. Metodologiyamız uşaqların yaşını və inkişaf səviyyəsini nəzərə alaraq ehtiyaclarını ödəmək üçün uşağa-yönəlik yanaşmadan istifadə edir.

O, daha çox qrupdakı hər bir uşağa, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara fərdi yanaşma ilə sosial bacarıqların və gündəlik həyat bacarıqlarının inkişafına diqqət yetirir və valideyn qrupları ilə intensiv iş (müntəzəm təlimlər, aylıq görüşlər) aparır.

5. Məktəbim mühiti inkişaf etdirir və həvəsləndirir

Hər bir Məktəbim sinif otağında uşaqların uyğunlaşa biləcəyi, rahat hiss edə biləcəyi və öyrənə biləcəyi təhlükəsiz mühit təşkil edirik. Məktəbəqədər təhsildə istifadə olunan əşyalar uşaqları öyrətmək və əyləndirməkdən daha çox şey edə bilər. Buna görə də, Məktəbim sinif otaqlarında inkişafetdirici və həvəsləndirici mühit yaratmaq üçün müxtəlif fəaliyyət mərkəzləri (guşələr) var. Fəaliyyət mərkəzlərimiz ayrıca təşkil olunub və xüsusi materiallarla təchiz olunub. Onlar uşağın müstəqilliyini təmin edir və onun təhsil uğurunu təmin etmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər yaş qrupunda bir neçə fəaliyyət mərkəzləri yaradılır, onların hər biri öyrənmə və oyun üçün müxtəlif materiallarla təmin olunub:

Fəaliyyət mərkəzlərinin rolu təkcə müstəqilliyi təşviq etmək və sərbəst qərarlar verməklə məhdudlaşmır, onlar həmçinin kömək edir ki, uşağınız:

6. Məktəbim əlverişli paketlər təklif edir

Xidmətlərimiz ərazidə olan ən uyğun və sərfəli qiymətdir. Qiyməti müəyyənləşdirməzdən əvvəl araşdırma apararaq ən uyğun qiymət seçmişik. Maraqlanan valideynlərə Məktəbim dərslərinə sərf olunan ümumi saatlar nəzərə alınmaqla müxtəlif paketlər təklif olunur. Hər bir paket eyni keyfiyyətdə xidmətlər və resurslar təqdim edir.

7. Məktəbim valideynlərə bir çox fayda gətirir

Məktəbim uşaqlara məktəbəqədər təhsil verməklə yanaşı, valideynlərə də bir çox cəhətdən dəstək olur. Məktəbim müəllimləri təkcə uşaqlarla deyil, onların valideynləri ilə də işləyir, valideyn icmalarını formalaşdırır və onları maarifləndirir, onları düzgün tərbiyə üsulları ilə bağlı məlumatlandırır və məktəbəqədər təhsil müəssisəsinin uğuruna cəlb edir.

Valideynlər bu qruplara qoşula bilərlər və onlar valideynlik, uşaq inkişafı və inklüzivlik haqqında maarifləndirici seminarlarda iştirak etməyə təşviq olunurlar. Bu, xüsusilə ailələrin yaxınlıqda yaşadığı və məktəbəqədər təhsil müəssisəsinə daha çox vaxt və maraq ayıra bildiyi kənd icmalarına aiddir. Bu, güclü icma əlaqələri ilə nəticələnir və valideynlərin uşaqlarının inkişafı üzərində bir-biri ilə əlaqə qurması üçün bir platforma yaradır.

Övladınızı Məktəbim qrupuna yazdırmaqla, siz vaxtınızı birlikdə oyun oynamaq və ya yeyəcəklər bişirmək kimi əyləncəli şeylərə sərf edə bilərsiz. Həmçinin, analara və nənələrə evdəki digər uşaqlara qulluq etmək və ya iş tapmaq üçün vaxt qazandırır. Siz həmçinin: