2-6 yaş arası bütün uşaqlar, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün oyun əsaslı keyfiyyətli tədris:
Yaşa uyğun təlim nəticələri
Məktəbim məktəbəqədər təhsil qrupları xidmətlərin azlığı, aztəminatlılıq və ya əlillik səbəbindən təhsildən kənarda qalan 2-6 yaşlı bütün uşaqlar üçündür. Uşaq inkişafının nəticələrini optimallaşdıran oyun-əsaslı metodologiyadan istifadə edərək, UAFA hər bir icmadakı qadına gündə 2-3 saat, həftədə 5 günə qədər məktəbəqədər təhsil müəssəsini idarə etmək üçün təlimlər verir.
Məktəbəqədər təhsil modelimiz uşaqların öyrənməsinə və inkişafına xidmət edir. Biz yemək və ya yatmaq vaxtı təmin edən tam günlük uşaq bağçası ilə rəqabət aparmırıq. Buna görə də, Məktəbimin xərcləri daha aşağıdır, lakin uşaqların ibtidai təhsilə başlamazdan əvvəl lazım olan bütün məktəbəqədər bacarıqları inkişaf etdirmələrini təmin edir.
Məktəbim komandası olaraq başa düşürük ki, valideynlər övladlarının təhlükəsiz və sağlam mühitdə olduğuna əmin olmalıdırlar. Buna görə də, Məktəbim müəllimi ilə ilk görüş uşağınızın ehtiyaclarını tapmaq və buna uyğun olaraq öyrənmə məqsədlərini təyin etmək üçün çox vacibdir.
Yaş qrupları | Fənnlər | Birinci ilin sonuna olan nəticələr |
2-3 yaş | Ətraf aləmlə tanışlıq və nitq inkişafı. Hərəkətlərin inkişafıSensor tərbiyə(didaktik materiallarla, oyuncaqlarla, tikinti materialları ilə iş)Təsviri fəaliyyət Musiqi | Sadə fiziki hərəkətlərin yerinə yetirilməsi. Əsas gigiyena qaydalarına riayət etmək. Müşahidə etdiyi əşyaları adlandırmaq; başqaları, ətraf mühit haqqında fikir bildirmək sadə cümlələr qurmaq, sadə riyaziyyat anlayışlarını, istiqaməti, yeri, ölçünü başa düşmək. Sadə xətlərin çəkilməsi, rənglərin adlandırılması |
3-4 yaş | Ətraf aləmlə tanışlıq və nitq inkişafı. Məntiqi və riyazi təfəkkürün inkişafıFiziki mədəniyyət. Bədii təfəkkürün inkişafı. Təsviri fəaliyyət (rəsm,kəsib-yapışdırma, quraşdırma)Musiqi | Sadə fiziki hərəkətlərin yerinə yetirilməsi. Sadə gigiyena qaydalarına riayət etməkTanış olmayan obyektlər haqqında sorğu-sual. Cümlələr qurmaq Cisimləri rənginə, formasına və ölçüsünə görə fərqləndirmək |
4-5 yaş | Ətraf aləmlə tanışlıq və nitq inkişafı. Məntiqi və riyazi təfəkkürün inkişafıFiziki mədəniyyətBədii təfəkkürün inkişafıTəsviri fəaliyyət (rəsm,kəsib-yapışdırma, quraşdırma)Musiqi | Fiziki hərəkətlərin yerinə yetirilməsiGigiyena qaydalarına riayət etməkƏtrafında baş verən hadisələri adlandırmaq və müşahidə etdiklərini danışmaq. Daha uzun cümlələr qurmaq; şəkil haqqında hekayələr qurmaq. Obyektləri rənginə, formasına və ölçüsünə görə müqayisə etmək |
5-6 yaş | Ətraf aləmlə tanışlıq və nitq inkişafıMəntiqi və riyazi təfəkkürün inkişafıFiziki mədəniyyət. Bədii təfəkkürün inkişafı Təsviri fəaliyyət (rəsm,kəsib-yapışdırma), (yapma, quraşdırma) həftəaşırı, Musiqi Savad təliminə hazırlıq və nitq inkişafı | Müxtəlif fiziki hərəkətlərin yerinə yetirilməsi Gigiyena qaydalarına riayət etmək. Ətrafında baş verən hadisələri adlandırmaq və müşahidə etdiklərini danışmaq. Daha mürəkkəb cümlələrdən istifadə edərək aydın danışmaq; şəkil haqqında hekayələr qurmaq. Obyektləri rənginə, formasına və ölçüsünə görə qruplaşdırmaqZaman anlayışını və gündəlik fəaliyyətlərin qaydasını daha yaxşı başa düşmək |
Məktəbim qrupuna ilk səfər